Четверг
мар 28

Nostradamusun Türkiyə və 3-cü dünya müharibəsi ilə bağlı ÖNCƏGÖRMƏLƏRİ

Nostradamusun Türkiyə və 3-cü dünya müharibəsi ilə bağlı ÖNCƏGÖRMƏLƏRİ


Ölmədən əvvəl "Bu son gecəm, məni tək qoyun, səhər öləcəm" deyən kahin Nostradamusun Türkiyə və üçüncü dünya müharibəsi ilə bağlı öncəgörmələri üzə çıxıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, Nostradamus 1566-cı ilin 1 iyun tarixində ona "Gecən xeyrə qalsın" deyən rahibə "Bu mənim son gecəm. Səhər öləcəm" deyərək cavab verib.

İngilis mütəxəssislər Nostradamusun "Yüz illər" adlı kitabının üçüncü cildini belə şərh ediblər:

"İndoneziya zəlzələsindən sonra Yunanıstan və Türkiyədə də yeraltı təkanlar olacaq".

Fransız mütəxəssis Fontburn isə "O cilddəki öncəgörmə Türkiyədəki Gölcük zəlzələsi idi. Yeni zəlzələ olmayacaq" deyib.
Fontbruna görə, Türkiyə ilə bağlı ikinci cildin 52-ci dördlüyündə məlumat var:

"Gecələr boyu zəlzələ olacaq. Sonrakı yazda iki dəfə yenə olacaq. Korent, Efes boğulacaq, dənizdə igid çempionlar müharibəyə qoşulacaq". Alimin adını çəkmədiyi bir ölkə iki dəniz (Ege və Qara dəniz nəzərdə tutulur) arasından keçərək Yunanıstan və Türkiyəyə qarşı hərəkət edəcək. Sonra isə iki ölkə müharibəyə girəcək.

"Mars, Merkuri və Ay bir yerdə olacaq. Cənubda qorxunc bir quraqlıq olacaq. Asiyanın dibindəki torpaq sarsılacaq. Korent və Efesdə qarışıqlıq olacaq".
Nostradamusa görə, üçüncü dünya müharibəsi 2076-cı ildə başlayacaq.

Bundan başqa Nostradamus dördüncü dünya müharibəsinin də 2106-cı ildə baş verəcəyini bildirib.

Комментарии (0)

Оставить комментарий