16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Naxçıvanın muxtariyyəti nə vaxt ləğv ediləcək? - AÇIQLAMA

Naxçıvanın muxtariyyəti nə vaxt ləğv ediləcək? - AÇIQLAMA

Bildirdiyimiz kimi, son zamanlar Naxçıvanın muxtariyyətinin ləğvi məsələsi aktuallaşır. Bölgənin muxtariyyət statusu 1921-ci il Qars müqaviləsi ilə təmin olunur və həmin müqavilə hələ qüvvədədir. Qars müqaviləsi 1921-ci ilin sentyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanıb. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.


Bəs Naxçıvanın muxtariyyət statusu nə vaxt ləğv edilə bilər? Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Sonxeber.az-a açıqlama verib:


"Naxçıvan əfsuslar olsun ki, hələ ki blokadadadır. Bu baxımdan düşünürəm ki, muxtariyyət ilə bağlı məsələləri müzakirə etmək çox tezdir. Naxçıvanın vəziyyəti köklü surətdə dəyişməyənə və Azərbaycana birləşməyənə qədər bu bölgədə hansısa bir status məsələsini müzakirə etmək düzgün deyil. Naxçıvanın çox böyük bir rolu var. Bu baxımdan həmin rolu qorumaq lazımdır".


Xatırladaq ki, Qars müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusuna malik olması barədə bənd yer alsa da, həmin sənəddə muxtariyyətin hüdudları barədə heç nə deyilmir. Bununla belə, beynəlxalq hüququn norma və prinsiplərinə görə həmin müqavilə Naxçıvanın muxtariyyətinin birtərəfli qaydada ləğv edilməsinə imkan vermir. Bunun üçün Türkiyənin razılığı və iştirakı olmalıdır. Beynəlxalq hüquqa görə, Qars müqaviləsi Türkiyənin Naxçıvan üzərində qarantor ölkə statusunu təmin edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница