16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Suqovuşana bayraq sancan igidimiz: "Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir" - FOTO

Suqovuşana bayraq sancan igidimiz: "Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir" - FOTO
Suqovuşana bayraq sancan və məşhur video ilə bütün ölkədə tanınan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi İlkin Fərzəliyev Suqovuşanın azad olunmasının ildönümündə müsahibə verib.
İgid əsgər bildirib ki, 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarda ilk bayrağı asmaq insana böyük qürur verir:
"Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir. Bayraq sancmağa gedirsən və bilirsən ki, düşmən hər an səni vura bilər. Amma heç bir qorxu bayraq, vətən sevgisindən üstün deyil".
Qeyd edək ki, ordumuz Suqovuşan və Talış kəndlərini 2020-ci ilin oktyabrın 3-də erməni işğalçılarından təmizləyib.
Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.
Xatırladaq ki, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.(oxu.az)



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница