16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlıqda böyük irəliləyişi qeyd ediblər

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlıqda böyük irəliləyişi qeyd ediblər

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Kemp Deviddə keçirilən üçtərəfli sammitdən sonra üç ölkə arasında əməkdaşlıqda böyük irəliləyişin olduğunu bildiriblər.

"Report"un məlumatına görə, bu barədə onların Ağ Evin saytında dərc olunmuş birgə bəyanatında deyilir.

Dövlət başçılarının bəyanatda qeyd edilir ki, bu il onlar ilk dəfə birgə hərbi təlimlər keçirib, təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni üçtərəfli çərçivə sazişi imzalayıb və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə qarşıdurmada müəyyən irəliləyiş əldə ediblər.

"Biz Yaponiya, Koreya Respublikası (KR) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) liderləri, tarixi zirvə görüşümüzdən bir il sonra üçtərəfli əməkdaşlığımızda böyük irəliləyişi qeyd edirik", - bəyanatda deyilir.

Dövlət liderləri həmçinin regional məsələlər üzrə məsləhətləşmələrin keçirilməsinə və təhlükəsizlik, iqtisadiyyat, texnologiyanın inkişafı və səhiyyə sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını vurğulayıblar.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница