16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hakan Fidan: "Regiondakı gərginlik beynəlxalq təhlükəsizliyə də təsir edə bilər"

Hakan Fidan: "Regiondakı gərginlik beynəlxalq təhlükəsizliyə də təsir edə bilər"
"Hər iki tərəf - həm İsrail, həm də Fələstin üçün ədalətli olan sülhə çalışmaq lazımdır".


"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammitində çıxışı zamanı deyib.


O bildirib ki, bunun üçün hər kəs səy göstərməlidir: "Artıq belə bir sülhün vaxtı çatıb".


H.Fidanın sözlərinə görə, regiondakı gərginlik beynəlxalq təhlükəsizliyə də təsir edə bilər: "Qəzzaya humanitar yardımın göndərilməsi sülh üçün fürsət ola bilər. Biz buna inanırıq. Beləliklə, beynəlxalq sabitliyə də töhfə veriləcək. Ola bilsin, hamı sülh istəyir. Amma sadəcə istəmək yox, həm də hərəkətə keçmək, addım atmaq lazımdır".


Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница