16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başladı

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başladı
Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başladı


Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.

“Report”un məlumatına görə, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardmançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib.

Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb. Bölgədə terrorçuların aşkarlanıb məhv edilməsi tədbirləri davam edir.

Ağrı əyaləti Jandarm Komandanlığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları ilə yanaşı bütün bölgədə fasiləsiz olaraq aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl terrorçu PKK qruplaşması silahlılarının Ağrı əyaləti ərazisindən Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçdikləri haqda məlumat yayılmışdı.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница