16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir

Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir
Dövlət Turizm Agentliyi nümayəndəliklərinin coğrasiyasını daha da genişləndirmək istəyir.
Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq niyyətindədir: "Bizim digər prioritet bazarlarımız da var. Misal üçün, pandemiyadan öncə planlaşdırırdıq ki, Ukrayna, Cənubi Koreya və Yaponiyada belə nümayəndəliklərin açılması məsələsinə baxılsın. Əlbəttə pandemiyaya görə bu məsələlər bir az sonraya qalıb. Amma İsraildə açdığımız yeni nümayəndəlik həm də ona işarədir ki, artıq turizm bərpa olunur və yenidən bazarlarda birbaşa fəal iş başlayır".
Hazırda Azərbaycanın İsraillə yanaşı Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyada turizm nümayəndəlikləri var.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница