16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İlham Əliyev: "Xarı bülbül" festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur"

İlham Əliyev: "Xarı bülbül" festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur"


"Uzun fasilədən sonra, Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada "Xarı bülbül" festivalı keçirilir".

BiG.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada "Xarı bülbül" festivalının açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz bu günü, səbirsizliklə, 30 il gözləmişik.

"30 il vətən həsrəti ilə yaşamışıq. Hər dəfə deyirdik ki, biz bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğaldan azad edəcəyik və etdik də".

İlham Əliyev qeyd edib ki, "Xarı bülbül" festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunur.

"Biz bu günü qəhrəman hərbçilərə, Azərbaycan xalqına borcluyuq", - deyə prezident əlavə edib.

Vətən müharibəsində şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница