16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Əl-Cəzirə" kanalı Füzulidən süjet yayımladı

"Əl-Cəzirə" kanalı Füzulidən süjet yayımladı
"Əl-Cəzirə" kanalı Füzulidən süjet yayımladı


Noyabrın 18-də xarici jurnalistlər işğaldan azad olunmuş Füzuli şəhərinə səfər zamanı orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Media nümayəndələri arasında "Əl-Cəzirə" kanalının müxbiri də olub.

May.az "Report"a istinadən xəbər verir ki, kanal Füzuli şəhərindən süjet yayımlayıb.

Süjetdə bildirilir ki, demək olar, bütün Füzuli şəhəri dağıntılar içindədir. Azərbaycan hökuməti dəymiş ziyanı qiymətləndirmək üçün xarici ekspertləri dəvət edəcəyini və törətdiyi müharibə cinayətlərinə, vandalizm aktlarına görə Ermənistanı beynəlxalq məhkəməyə verəcəyini bildirib.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.

Prezidentin köməkçisi bildirib ki, bu dağıntılar Ermənistanın Füzuli şəhərini vandalizmə məruz qoymasının nəticəsidir. Füzuli işğaldan əvvəl Azərbaycanın ən gözəl şəhərlərindən biri idi. Azərbaycan artıq şəhərsalma işlərinə başlayıb. Daha sonra biz Füzuliyə və işğaldan azad olunmuş digər ərazilərə məcburi köçkünləri qaytaracağıq. Beynəlxalq ictimaiyyət bununla da Ermənistanla Azərbaycan arasındakı fərqi görəcək. Hamı Ermənistanın dağıdıcı fəaliyyətinin və Azərbaycanın quruculuq işlərinin bir daha şahidi olacaq. Təbii ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşımalıdır. Biz beynəlxalq məhkəmələrə müraciət edəcəyik.

Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdə heç bir infrastrukturun qalmadığını, hətta bir binanın belə olmadığını bildirib. O bütün bu ərazilərin ermənilər tərəfindən minalandığını diqqətə çatdırıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница