^
U

Paşinyanın hakimiyyəti üçün geri sayım başlayıb


Ermənilər məğlubiyyətə görə kimə "borclu" olduqlarını anlayırlar və bu səbəbdən Nikol Paşinyan bəyanatı imzaladığı gecənin səhəri ABŞ səfirliyinin binasında gizlənməli və oradan öz tərəfdarlarını dəstəyə çağırmalı oldu. Düşünürəm ki, istənilən halda Paşinyan hakimiyyətinin sonuna az qalıb. Noyabrın 10-dan onun üçün geri sayım başlayıb.

Bu sözləri analitik məqaləsində rusiyalı jurnalist Vladimir Volkonski yazıb. Jurnalist qeyd edir ki, ikinci Qarabağ müharibəsi Ermənistan üçün total məğlubiyyətlə başa çatdı. Paşinyan danışıqlara getməməklə və Şuşada rəqs etməklə müharibəni qaçılmaz etmişdi.

Ermənistanın məğlubiyyətinin texniki cəhətlərini araşdıran müəllif yazır ki, ermənilərin köhnəlmiş hava hücumundan müdafiə və raket sistemləri ilə PUA-ların qarşısına çıxmaq oxatanla pulemyot və avtomata qarşı vuruşmağa bənzəyirdi.

Azərbaycanı bu münaqişənin mütləq qalibi adlandıran müəllif daha sonra yazır ki, 44 günlük müharibədə Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi torpaqlarını geri qaytardı. Bundan əlavə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qırılmış nəqliyyat əlaqəsini bərpa etmək imkanı yarandı. (AZƏRTAC)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Siyasət Oxunub: 558 Tarix: 15-11-2020, 02:40
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az