16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"

Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"
Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"


"Əsas məsələ Azərbaycan torpaqlarının işğalına son qoymaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Ermənistan bu torpaqları işğal edib və onları qaytarmaqdan boyun qaçırır. Biz ATƏT-in himayəsində bu münaqişənin həlli üçün 1992-ci ildən, yəni 28 ildir danışıqlar aparırdıq, həmişə də bu formata sadiq olduğumuzu vurğulamışıq".

Big.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın "Milli müdafiə" jurnalına müsahibəsində deyib.

"Əfsuslar olsun ki, indiyədək Ermənistan tərəfindən konstruktiv yanaşma əlamətləri görməmişik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT və s. təşkilatların sənədlərini rədd edib. Ermənistan danışıqları hər vasitə ilə uzadaraq danışıqlar masasında əvvəl əldə edilmiş razılaşmalardan imtina edib, eyni zamanda münaqişə bölgəsində mütəmadi təxribatlar törədib. Bütün bunlar sonsuza qədər davam edə bilməzdi", - deyə nazir vurğulayıb.

Ermənistana qarşı hər hansı ərazi iddialarının olmadığını diqqətə çatdıran nazir daha sonra bildirib: "Biz sərhədləri pozmur, onlara qarşı hərbi əməliyyatlar aparmırıq. Azərbaycan silahlı qüvvələri yalnız Azərbaycan ərazisində, ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir. Bizim fəaliyyətimiz BMT Nizamnaməsinin özünü müdafiə hüququnu təsbit edən 51-ci maddəsinə, beynəlxalq hüququn başqa təməl norma və prinsiplərinə söykənir.

Bir daha deyirəm, Azərbaycan tərəfinin başlıca məqsədi, amalı BMT TŞ-nin qətnamələrində, ATƏT-in qərarlarında nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının suveren torpaqlarının işğalına son qoymaqdır. Ermənistan rəhbərliyi, doğrudan da, sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница