16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hikmət Haciyev: "Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"

Hikmət Haciyev: "Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"
Hikmət Haciyev: "Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"


"Xaricdən döyüşçüləri gətirib müharibədə istifadə etmək - Azərbaycanın siyasətində belə bir şey yoxdur. Azərbaycanın nizamlı, peşəkar ordusu var. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilir. Xaricdən döyüşçülərin Azərbaycana gətirilməsi iddialarını irəli sürənlər konkret bir şey demirlər, ümumi şəkildə "Qarabağda xarici muzdlular var" deməklə kifayətlənirlər".

MAY.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera" kanalına müsahibəsində deyib.

"Əksinə, erməni tərəfindən xüsusilə Suriya və Livandan gətirilən muzdlular var. Ermənistan onları Azərbaycan Ordusuna qarşı döyüşlərdə istifadə edir. Həmçinin Avropa ölkələrinin, Kanada, ABŞ kimi ölkələrin erməni əsilli vətəndaşları da onlar tərəfindən vuruşurlar. Ermənistanın terrorçu PKK silahlılarından da istifadə etdikləri barədə məlumatlarımız var. Azərbaycan kiçik dövlətdir. Əgər burada muzdlular olsaydı, hamı bunu bilər və bu barədə eşidərdi. Heç kim muzdluları görməyib və bu barədə eşitməyib. Hesab edirəm ki, bu iddialar Ermənistanın qara təbliğatının bir hissəsidir. Ermənilər qəbul edə bilmirlər ki, onların qarşısında duran, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur. Türkiyə Ordusunun da bu müharibədə iştirak etməsi ilə bağlı iddialar tamamilə yalandır. Türkiyə bizə mənəvi, diplomatik və siyasi dəstək verir. Bu müharibədə üçüncü tərəf yoxdur. Azərbaycan Ordusu ölkəmizin ərazisini azad etmək üçün vuruşur", - deyə Prezidentin köməkçisi bildirib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница