16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Prezidentin köməkçisi dünya mətbuatına Gəncədəki düşmən vəhşiliyindən danışdı

Prezidentin köməkçisi dünya mətbuatına Gəncədəki düşmən vəhşiliyindən danışdı
Prezidentin köməkçisi dünya mətbuatına Gəncədəki düşmən vəhşiliyindən danışdı


Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, "Nikkei", DPA, "Deutsche Welle", "Al Arabia", RAI, EFE, "Reuters", "Financial Times", ANSA, "Al Jazeera", NBC, "New York Times", NRK və s.) videoformatda mətbuat brifinqi verib.

Hikmət Hacıyev humanitar atəşkəsə əməl etməyən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olan son təxribatları barədə geniş məlumat verib və 2020-ci ilin oktyabrın 17-də Gəncə şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketlər ilə hədəfə alındığını diqqətə çatdırıb.

Prezidentin köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləyib, Gəncədəki son təxribatlar nəticəsində ikisi uşaq olmaqla, 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və iki uşağın itkin düşdüyünü təəssüflə bildirib.

Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən Hikmət Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulayıb.

Habelə, Prezidentin köməkçisi Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləyib.

Daha sonra H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница