16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir" - İranlı ekspert

"Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir" - İranlı ekspert
"Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir" - İranlı ekspert


Azərbaycanın şəhərləri, xüsusilə Gəncə şəhərinin yaşayış massivləri, mülki əhalinin atəşə tutulması Ermənistanın acizliyinin nişanəsidir.

MAY.AZ bildirir ki, bunu Trend-ə açıqlamasında iranlı siyasi ekspert İlyas Vahedi deyib.

Onun sözlərinə görə, Ermənistan bu hərəkətləri ilə Azərbaycanı təxribata çəkməyə və işğal olunmuş ərazilərin işğalda qalmasına çalışır. Halbuki, Azərbaycanın əsas məqsədi Ermənistanın işğalçılığına son qoymaqdır və Azərbaycan öz ərazilərini işğaldan azad etmək istiqamətində düşünülmüş, məntiqli addımlar atır: "Müharibə davam etdiyi halda, Ermənistan daha çox ziyan görəcək. Çünki hərbi və iqtisadi baxımdan Azərbaycandan qat-qat zəifdir".

İranlı ekspert deyib ki, Azərbaycanla yanaşı, digər ölkələr və sosial-ictimai təşkilatlar Ermənistanın Azərbaycanın şəhərlərinə və yaşayış massivlərinə hücumlarını beynəlxalq dairələrdə izləməlidirlər: "Çünki Cenevrə konvensiyaları və əlavə protokolları mülki vətəndaşlara və döyüş bölgəsindən kənar şəhər və ərazilərə hücumları hərbi cinayətlər hesab edir.

Bundan əlavə, Gəncə şəhəri önəmli mədəniyyət mərkəzlərindən və dünyanın sivilizasiya irsinin bir parçası hesab olunur. Bu şəhərə hücum YUNESKO təşkilatına çatdırılmalı və təşkilat Ermənistanın cinayət törətdiyini elan etməlidir".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница