16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm
Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm


Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var.

MAY.AZ modern.az-a istinadən bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan "Möhtəşəm yüz il" serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında "Diriliş: Ərtoğrul", "Qara para eşq", "Adını Fəriha qoydum", "Gümüş" və "Fatmagülün suçu nə?" teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış "Aşk-ı Məmnu" olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də "Qara para eşq" serialına baxdıqdan sonra təəssüratını "Instagram" səhifəsində bölüşüb. "Diriliş: Ərtoğrul" serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница