17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Xəstə birini görmək belə sizi xəstələndirə bilər

Xəstə birini görmək belə sizi xəstələndirə bilər

Yeni elmi araşdırmaya görə, bir insanın sadəcə xəstə birini uzaqdan görməsi belə beyin və immun sistemini hərəkətə keçirə bilər.

BAKU.WS xəbər verir ki, virtual reallıq eynəkləri vasitəsilə aparılan təcrübələr beynimizin xəstəlik əlamətlərinə qarşı nə qədər həssas olduğunu ortaya qoyub.

Belə ki, iştirakçılar virtual aləmdə qızdırmalı və səpkili (aşkar xəstəlik simptomlu) bir avatarı gördükdə, onların beynində təhlükə siqnalı işə düşüb, immun sistemləri isə "siqnal vəziyyətinə" keçib. Eyni avatar sağlam və ya neytral göründükdə isə bu reaksiya müşahidə olunmayıb – nə beyində dəyişiklik, nə də qanda immun hüceyrələrində artım qeydə alınıb.

Araşdırmada doğuşdan gələn lenfoid hüceyrələr (ILC) xüsusilə diqqətə alınıb. Normalda bu hüceyrələr ancaq orqanizm birbaşa infeksiyaya məruz qaldıqda artır. Ancaq təcrübə göstərib ki, xəstə avatarla vizual kontakt belə bu hüceyrələrin sayını artırır.

İsveçrənin Lozanna Universitetindən immunoloq Sara Trabanelli və komandası bildiriblər ki, bu nəticələr ILC hüceyrələrinin yalnız fiziki infeksiyaya deyil, mümkün təhlükə kimi qəbul edilən hallara da reaksiya verdiyini sübut edir.

Makine öyrənməsi ilə aparılan analizlərdən məlum olub ki, beyində yaranan təhlükə siqnalları immun sistemindəki reaksiyanı izah edir. Ən maraqlısı isə budur ki, vizual olaraq ən uzaqda yerləşən xəstə avatarlar beyində ən güclü təsiri yaradıb.

Bu təsirlərin baş verdiyi beyin sahələri, qrip peyvəndindən sonra da aktiv olan bölgələrlə üst-üstə düşür. Bu isə beynin mümkün xəstəliklərə qarşı erkən xəbərdarlıq sistemi kimi işlədiyini göstərir.

248 sağlam insanın qatıldığı təcrübələrin birində iştirakçılardan üzlərinə toxunulduqda düyməyə basmaları istənilib. Xəstə birini gördüklərində onların bu reaksiyaları daha da sürətlənib. Alimlər bunu beynin xəstəlik riskini dərk edib "qaç və ya savaş" refleksini işə salması ilə izah edirlər.

Mütəxəssislər bu araşdırmanın nəticələrinin fiziki təmas olmadan da sinir və immun sistemlərinin birgə reaksiya verə biləcəyini sübut etdiyini bildiriblər.

Araşdırmanın nəticələri "Nature Neuroscience" elmi jurnalında dərc olunub.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница