16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Saxta mühərrik yağını müəyyən etməyin üsulları

Saxta mühərrik yağını müəyyən etməyin üsulları

Saxta mühərrik yağını müəyyən etmək olduqca çətindir, lakin bu mümkündür.


Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov məlumat verib.


"Yoxlamaya qablaşdırmadan başlamağı məsləhət görürəm. Saxta məhsullar orijinal məhsula bənzəyir, lakin müəyyən fərqlər var. Qablaşdırmaya, qapağına, holoqrafik işarələrə diqqət yetirin. Onlar kor-kobud olmalı deyil. Bəzi istehsalçılar qoruyucu halqalardan istifadə edirlər. Sürücü uzun müddət eyni markalı yağdan istifadə edirsə, bəzi fərqlər nəzərə çarpa bilər", - Rodionov bildirib.


Yoxlamanın növbəti mərhələsi loqo, firma şriftləri və brend adına fikir verməkdir. Saxta məhsullarda çox vaxt addan bir hərf və ya loqoda bəzi elementlər əskik olur. Belə saxtakarlıqlara mimikriya deyilir - rəng və şrift baxımından hər şey orijinala çox bənzəyir, lakin yenə də kiçik fərqlər var", - ekspert qeyd edib.


Saxta yağlar adətən daha tünd rəngdədir. Bu, istehsalçıların daha ucuz baza mayesindən istifadə etməsi ilə bağlıdır. Keyfiyyətsiz məhsulun kəskin qoxusu olur, orijinal yağın qoxusu isə daha neytraldır.


Rodionov xəbərdarlıq edib ki, saxta yağlar çökə və aşağı temperaturda qatılaşaraq, sıyıq halına gələ bilər.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница