16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qırmızı ət yeyənlərin 70 yaşına çatma ehtimalı azdır - ARAŞDIRMA

Qırmızı ət yeyənlərin 70 yaşına çatma ehtimalı azdır - ARAŞDIRMA

Qırmızı ətin zərərləri ilə bağlı aparılan araşdırmanın nəticələri məlum olub.


BiG.AZ modern.az-a istinadən xəbər verir ki, nəticələr martın 24-də "Nature Medicine" jurnalında dərc olunub.


Qırmızı ət B vitaminləri, protein və dəmir mənbəyi kimi mühüm üstünlüklərə malikdir. Lakin eyni zamanda yüksək miqdarda xolesterin və doymuş yağlar da ehtiva edir ki, bunlar ürək-damar xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, işlənmiş ət məhsullarında (kolbasa, sosis və s.) olan bəzi qoruyucu maddələr və yüksək temperaturda bişirmə zamanı yaranan kimyəvi maddələr xərçəng riskini artıra bilər.


Araşdırma çərçivəsində 100 minə yaxın amerikalı səhiyyə işçisinin qidalanma vərdişləri və sağlamlıq göstəriciləri uzun illər boyunca izlənilib. Nəticələr göstərib ki, ən çox qırmızı ət yeyən insanların sağlamlığı daha pisdir. Onların 70 yaşına çatma ehtimalı daha az olub, uzunömürlü olanlar isə xroniki xəstəliklərdən daha çox əziyyət çəkib.


Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi də müşahidə tədqiqatlarına əsaslanaraq, gündə 100 qram qırmızı ət istehlak edən şəxslərin xərçəngə tutulma riskinin 17%, 50 qram işlənmiş ət yeyənlərin isə 18% artdığını bildirir.


Bütün bunlara baxmayaraq, az yağlı qırmızı ət yeməyin ciddi bir təhlükə yaratmadığı düşünülür. Lakin mütəxəssislər qidalanma vərdişlərinin daha vacib olduğunu vurğulayır.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница