16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Xoruldama və yuxu apnesi müalicə edilə bilər

Xoruldama və yuxu apnesi müalicə edilə bilər
Xoruldama xoruldayan üçün problem olmasa da, xoruldamanı eşidən və buna görə də rahat yata bilməyən ailə üzvləri üçün kifayət qədər ciddi problemdir.
Bu xəstəlik qrupunda ən çox rast gəlinən xəstəlik obstruktiv yuxu "Apne" sindromudur.
Araşdırmalar xoruldamağın yaşla artdığını, orta yaşlı və yaşlıların təxminən yarısının xoruldadığını göstərir.
Bu vəziyyət yuxu zamanı boğaz daralması ilə əlaqədardır
Xoruldamaqda rol oynayan boğazın daralması daha bariz olduqda, tənəffüs yolu tamamilə tıxanır, tənəffüs dayanır (apne).
Yuxu apnesi yuxu zamanı nəfəsin 10 saniyə və ya daha çox dayanmasıdır.
Xoruldayanların böyük əksəriyyətində yuxu apnesi aşkar edilir.
Yuxu apnesi yaşlı insanlarda daha çox rast gəlinir. Amma burada əsl problem yaş deyil.
Yuxu apnesinin gündəlik həyata yansımaları, səhər oyananda heç yatmamış kimi hiss etmək, yorğunluq, gün ərzində diqqətin azalması kimi
şeylərdir. Yuxu apnesi gündəlik həyatda gündüz yuxululuğuna da səbəb ola bilər.
Yuxu apnesi üçün cihaz müalicələri ilə yanaşı, cərrahi müalicələr də edilə bilər.
Damaq, udlqa və dil kökünü əhatə edən əməliyyatlar var.
Uşaqlarda yuxu apnesini adenoid və badamcıq problemləri ilə əlaqələndirilir.
Bəzi araşdırmalara görə, adenoid və badamcıq əməliyyatından sonra uşaqlarda böyümə hormonunun artdığı aşkar edilmişdir.
Ona görə də ailələr övladlarının simptomlarına diqqət etməli və erkən həkimə müraciət etməlidirlər.
Ülkər Rəhmanqızı


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница