16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Oğurlanmış "WhatsApp" hesabını necə qaytarmaq olar?

Oğurlanmış "WhatsApp" hesabını necə qaytarmaq olar?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti "WhatsApp" təsdiqləmə kodunu heç kəslə paylaşmamağınızı tövsiyə edir.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Məlumata görə, "WhatsApp" təsdiqləmə kodunuz ələ keçirilibsə və hesabınızda giriş edə bilmirsinizsə, hesaba girişi bərpa etmək üçün bu addımları izləyin:
1) İlk növbədə hesabın sizdə olmadığı barədə yaxın dost və tanışlarınıza məlumat verin;
2) Daha sonra "WhatsApp" hesabınıza giriş etmək üçün mobil nömrənizi daxil edin;
3) Mobil nömrənizə gələn təsdiqləmə kodunu müvafiq xanaya daxil edin;
4) 6 rəqəmli kodu daxil etdikdə hesabınızın ələ keçirildiyi cihazdan avtomatik çıxış olunacaq;
5) Sizdən ikimərhələli təsdiqləmə kodu daxil etməyiniz tələb olunur;
6) Əgər kodu bilmirsinizsə və yaxud həmin kod hesabınızı ələ keçirən şəxs tərəfindən təyin olunubsa, hesabınıza girişin bərpası üçün 7 gün gözləməlisiniz;
7) 7 gündən sonra kod tələb olunmadan hesabınıza giriş etməyiniz mümkün olmuyacaq;
8) Hesabınızda ikimərhələli tanınma funksiyasını mütləq aktivləşdirin.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница