16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qaşlara görə xarakteri müəyyən etməyin yolu tapıldı

Qaşlara görə xarakteri müəyyən etməyin yolu tapıldı
Özünə vurğun və ən eqosentrik insanlar qalın qaşları olan insanlardır.
Oxu.Az xəbər verir ki, Toronto universitetindən olan alimlər belə bir nəticəyə gəlib.
Araşdırmanın nəticələri "Journal of Personality" jurnalında dərc olunub. Tədqiqatçıların dediyinə görə, qadın və ya kişidə qalın qaş onun xarakterində narsisistik ünsürlərin olmasından xəbər verir.
Hər iki cinsdən olan könüllülər psixoloji testdə iştirak edib. Hər bir iştirakçının neytral üz cizgilərini əks etdirən fotoşəkli digər eksperiment iştirakçılarına göstərilib. Fotolar arasında ən eqosentrik iştirakçılar qalın və sıx qaşları olan şəxslər olub.
Nəzarət qrupuna həmin şəxslərin qaşsız (fotoşopda silinmiş) fotoşəkillərini göstərdikdə, iştirakçılar həmin şəxsin xarakteri barədə fikir irəli sürməkdə çətinlik çəkib. Ancaq qaşlı fotoşəkillər göstərilən zaman tam dəqiq olaraq ən özünə vurğun insanları seçə biliblər.
"Narsisistlər hər zaman diqqət mərkəzində olmağı sevir. Ətrafda olanları özünə sevdirməyə çalışır, ona görə diqqət cəlb etmək üçün qalın qaşlara qulluq edir. Onlara elə gəlir ki, ətrafdakıların da bundan xoşu gəlir", - deyə tədqiqat qrupunun üzvü Miranda Cakomin bildirib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница