Четверг
сен 29

300 spartalının əfsanəsi – Spartalılar kimlər idi?

Bu hekayə ilk dəfə 2006-cı ildə “300 Spartalı”filminin təqdimatı ilə ictimaiyyətə geniş şəkildə çatdırılmış oldu. Film Termopila döyüşündən bəhs edir, lakin hekayəni daha cazibədar etmək və bəzi tarixi gerçəkləri gizlətmək üçün bəzi faktlar təhrif edilib, sujet xətti dəyişdirilib. Bəhs edilən döyüş həqiqətən tarixdə olub. Lakin filmdəki kimi 300 deyil, 4000-ə qədər əsgərin iştirakı ilə baş verən döyüş o qədər təsirli olub ki, kiçik bir ordu ilə böyük düşmən qoşununa qarşı gəlməyin nadir nümunələrindən hesab edilir.

May.az  bu yazıda qədim Spartalılar haqqında yazı təqdim edir.

Hər şeyi daha dərindən anlamaq üçün əvvəlcə Yunan mədəniyyətinə kiçik nəzər salaq.
Təxminən 2500 il əvvəl səkkiz milyon kvadrat kilometrlik bir imperiya ilə Yunanıstan bir neçə şəhər-dövlətə bölündü və öz aralarında müharibə aparmağa başladı. Daha güclü imperiyalar Yunan sivilizasiyasını ideyaları və mədəniyyəti ilə birlikdə məhv edə bilərdi. Ancaq tarix bizə keyfiyyətin kəmiyyətdən daha üstün olduğunu öyrədir və Termopila döyüşü də buna sübutdur.
Spartalılar Yunanıstanın ən əzəmətli hərbi gücü idi. Sparta dedikdə bir çoxlarının təsəvvüründə insanları qayanın başından ataraq edam edilməsi səhnəsi canlanır. Spartada belə bir qanun hökm sürürdü: uşaq dünyaya gəldikdən sonra hakimiyyət nümayəndələri onun gələcəkdə sağlam və yaxud millətə layiq olub-olmayacağını “təyin edirdilər”. Əgər həmin nümayəndələrin verdikləri cavab mənfi xarakter daşıyardısa onu Tayget adlı dağa aparar və oradan uçuruma atardılar. Qeyd etmək lazımdır ki, bu edam növü tək Spartada deyil, Fessaliya, Afina, Delf, Korinfdə və digər dövlət-şəhərlərdə hakim idi.
Keadas da Spartada tük ürpədən bir yer idi. 600 metr dərinliyə malik bu uçurumdan atılan şəxslər sırasında satqınlar və cinayətkarlar, sağlam olmayan uşaqlar, şikəst və xəstə insanlar var idi.
Spartalı oğlanların həyatı elə də asan deyildi. Onlar Artemida qurbangahının önündə bütün günü qaçmılanırdılar. Bu bir çox ölümlərin səbəbi idi. Çünki heç də hər kəs ağrılara dözə bilmirdi. Lakin güclü oğlanlar üçün bu bir növ sağ qalmaq üçün rəqabət idi. Qalibi şöhrət və məşhurluq gözləyirdi.
1904-cü ildə Sparta ərazisində arxeoloji araşdırmalar aparılır. Alimlər yeni doğulmuş uşaqların qeyri-insani şəkildə edam edilməsinin səbəbini izah edən bir neçə artefakt aşkar etmişlər. Belə ki, onlar sağlam millət üçün artıq yük idilər. Buradan tapılmış qalıqlardan belə məlum olur ki, uçurumdan atılaraq edam edilənlər sırasında nəinki yeni doğulmuş körpələr, həmçinin yuxarda qeyd etdiyimiz səbəblərdən yetkin şəxslər də olmuşdur.
Oğlanlar döyüşməyi, gizlənməyi, yemək tapmağı, eyni zamanda yazmağı, oxumağı və rəqs etməyi də öyrənirdilər. Lakonik danışmadıqları halda ağır cəzalandırılırdılar.
Uşaqlar tez-tez ağrıya öyrəşmək və güclənmək üçün erkən yaşda qamçılanırdılar. Onlara çox danışmağa, şikayət etməyə, tənqid etməyə icazə verilmirdi. İstənilən Spartalı məşq zamanı üç mərhələni tamamlamalı idi: payes (yeddi-on yeddi yaş), paidiskoi (on yeddi-on doqquz yaş) və hebontes (iyirmi-iyirmi doqquz yaş). Oğlanlar yaşlı kişinin təlimi ilə yaş qruplarına ayrılır, qrup halında yaşayırdılar və Syssitiaya (ümumi kütlə) sədaqətlərini artırmaq üçün yetişdirilirdilər.
Spartadan danışarkən onu da qeyd etmək lazımdır ki, bu qədim yunan dövlətinin adı “Lakemedon” idi. “Sparta” adının yaranması romalılar ilə bağlıdır.
Sparta digər qədim ölkələr kimi çətin, lakin məntiqi sosial quruluşa malik idi. Faktiki olaraq cəmiyyət tam hüquqlu vətəndaşlara və asılı natamam hüquqlu vətəndaşlara bölünürdülər. Qeyd etdiyimiz hər bir kateqoriya isə öz növbəsində siniflərə bölünür.
 

Həmçinin Spartada “hipomeyonlar” deyə bir sinif var idi. Bu sinfə əqli və fiziki cəhətdən məhdudiyətli uşaqlar daxildir. Onlar natamam vətəndaşlar hesab edilirdilər.
Belə bir sinfin mövcudluğu yuxarıda qeyd etdiyimiz; Spartada məhdudiyyətli uşaqların öldürüldüyü nəzəriyəsini təkzib edir.
Qeyd etdiyimiz kimi, Spartada gənclər sərt sistem ilə tərbiyə olunurdular. Bu sistem “aqoqe” adlanırıdı. Aqoqe sistemi – Spartalıları yetişdirmək üçün nəzərdə tutulan hərbi təlimlər idi. Təlim spartalı oğlanların nizam-intizam, məşq etmək və fiziki möhkəmliyini inkişaf etdirmək üçün nəzərdə tutulmuşdu.
Belə bir sərt sistemin tətbiq edilməsi isə gənclər arasında ölüm halların müşahidə olunmasına səbəb olurdu. Ona görə də arxeoloji qazıntılar zamanı tapılan cəsəd qalıqlarının məhz “uçurumdan atılaraq öldürüldüyü” fikrini təkzib edir.
Spartalılar haqqında yayılmış digər məşhur bir əfsanədə sparta ordusunun məğlub edilməz olmasıdır. Sözsüz ki, sparta ordusu olduqca güclü ordu olmuşdu, lakin tarixdə bu ordunun da məğlub olunması faktı mövcuddur.
Sparta ordusunun əsgərləri döyüş sənətini mükəmməl səviyyədə mənimsəmişdirlər, onlar fiziki cəhətdən olduqca güclü idilər. Həmçinin Sparta ordusu sərt intizam ilə fərqlənirdi. Bütün qonşu ölkələr Sparta ordusunun intizamına heyrət edirdilər.
Lakin spartalılar mühəndislik işində zəif idilər və bu amil müharibələr zamanı onlara düzgün hərbi strateji qurmağa maneə olurdu.
Digər bir əfsanəyə görə, spartalılar əqli əməyi sevmirdilər. Bu nəzəriyyə həqiqəti qismən əks etdirir. Spartada da həqiqətən də əqli əmək sevilmirdi. Lakin bu, o demək deyil ki, Sparta bəşəriyyətə heç bir şair və ya yazıçı bəxş etməyib. Spartada ən məşhur yazıçılar Alkman və Terpandr olmuşdular.

Комментарии (0)

Оставить комментарий