18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Üzgüçülüklə məşğul olan uşaqlar sağlam olur

Üzgüçülüklə məşğul olan uşaqlar sağlam olur

Üzgüçülüklə məşğul olan uşaqlar sağlam olur

Üzgüçülüklə məşğul olan uşaqlar sağlam olurÜzgüçülüyün insan sağlamlığına nə qədər faydalı olduğu çoxlarına məlumdur. Son zamanlar uşaqlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Bəs uşaqların üzgüçülüyə başlamasının ideal yaş həddi neçədir?
Mütəxəssislər bədənin inkişafına və qamətinə birbaşa təsir edən üzgüçülüyə başlamağın ideal yaş həddinin 4 olduğunu deyirlər. Bunun səbəbi isə o yaşda əzələ və oynaq strukturlarının elastikliyini itirməmiş olmasıdır. Bu yaş qrupundakı uşaqlar suyun üstündə qala bilmə və nəfəs alma məşqləri edirlər. 6 yaşdan etibarən isə texniki məşqlərə başlana bilər.
Ümumiyyətlə, üzmək uşaqların çox sevdiyi və erkən yaşda başlaya biləcəkləri idman növlərindən biridir.
Üzgüçülüyün ən önəmli faydalarından biri bədəndəki bütün əzələlərin işləməsini təmin etməsidir. Skelet əzələlərinə, böyümə və inkişaf sisteminə müsbət təsir edir. Erkən yaşda öyrənildikdə boğulma riskini minimuma endirir. Uşaqların özgüvən qazanmasına böyük təsiri var. Məktəb xaricində sosiallaşa biləcəkləri bir mühit yaradır. Üzən zaman çoxlu enerji sərf olunduğundan uşaqlarda piylənmənin qarşısını alır. Üzgüçülüklə məşğul olan uşaqların immunitetləri məşğul olmayan həmyaşıdları ilə müqayisədə 70% güclüdür.
Üzgüçülüyün önəmli faktorlarından biri də məşqçidir. Uşaqları çox sevən səbirli və yaradıcı məşqçilər üzməyi balacalara daha tez sevdirər, onların daha istəkli şəkildə idmanla məşğul olmasına səbəb olarlar. Təbii ki, bu durum hər idman növü üçün keçərlidir. Hər uşaq oyunla öyrənir. Yaradıcı olmaq, dünyanı uşaqların gözü ilə görə bilmək, onlarla dost olmaq daha əyləncəli mühit yaradar./"İki sahil"


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница