16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

4 dekabr

4 dekabr
4 dekabr 2011-ci ildə əfsanəvi braziliyalı futbolçu Sokrates vəfat edib.
Tam adı Sokrates Brazileyro Sampayo de Souza Vieyra de Oliveyra olan Sokrates
karyerasına 1974-cü ildə "Botafoqo" klubunda başlayıb. Lakin ən məhsuldar dövrü 1978-1984-cü illərdə "Korintians"da keçib. Bir müddət kapitanı da olduğu Braziliya millisində 60 oyuna çıxıb və 22 qol vurub. Sağlığında "yaşayan ən yaxşı 125 futbolçu" arasında göstərilib. Sokratesin tibb təhsili var idi və fəlsəfə ilə də yaxından maraqlanırdı.
"Korintians" klubunun qatı azarkeşi olan Sokrates 1983-cü ildə müsahibələrindən birində belə demişdi: "Korintians"ın cempion olduğu bir bazar günü ölmək istərdim".
Əfsanəvi futbolçunun bu arzusu gerçək oldu. Sokrates 4 dekabr 2011-ci ildə, "Korintians"ın çempion olduğu bir bazar günü qida zəhərlənməsi səbəbi ilə çatdırıldığı xəstəxanada 57 yaşında vəfat etdi.


Hər gün həmin tarixdə baş vermiş hadisələrlə bağlı maraqlı məlumatlar üçün @butarixde kanalını izləyin.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница