Среда
янв 15

Tənbəlliyin "daşını atmaq" üçün nə edək?

Tənbəlliyin "daşını atmaq" üçün nə edək?


Bir çoxlarınız üçün "Mən necə özümü inkişaf etdirim?”, “Universitet oxumuşam, lakin özgüvənim və şəxsi inkişafımla bağlı boşluqlarım var” və s. buna oxşar digər sualların cavabı maraqlıdır.

Şəxsi inkişafımız üçün hər şeydən öncə:

✔️tənbəlliyin daşını atmalıyıq

✔️əzmkar olmalıyıq

✔️hədəf təyin etməli və hədəflərimizə doğru nizam-intizamla addımlamalıyıq.

Bəzən alınmayacaq, bəzən bütün işlər tərs gedəcək, amma əmin olun ki, 100 cəhdinizdə alınmasa da, 101 – ci dəfə mütləq alınacaq.

Soruşsam deyəcəksiniz ki, 1 işi görmək üçün 100 dənə başqa vaxt aparan, mənə lazım olmayan işlə məşğul oluram, ancaq vacib olan işi hələ də görmürəm.

Sosial şəbəkədə xəbərləri oxumaq, dünyadan xəbərdar olmaq bəhanəsi ilə 10 dəqiqəlik vaxtı 1 saata qədər uzadıram. Sonra başqa iş görürəm, acıram, susayıram və beləliklə gün gəlir, olur axşamüstü... Görüləsi işlər də qalıb ortada...

Bunların hamısının səbəbi DAXİLİ İNTİZAMın olmamasıdır.

Hamımız tənbəllik edirik, ancaq daxili intizamı formalaşmış insan tənbəlliyinin qarşısını ala biləcək.

Daxili intizamın formalaşması üçün özünüzü disiplinli olmağa məcbur etməlisiniz.

İndi məcburiyyət kimi görünür, amma siz öyrəşəndən sonra o məcburiyyətə bir "çox sağ ol" deyəcəksiniz.

✔️Əvvəlcə, tənbəlliyin səbəbini axtarmaq lazımdır.

Səbəblər: Yorğun ola bilərsiniz, halsız ola bilərsiniz, səhhətinizdə problem ola bilər, həll etməli olduğunuz işlərdən qaça bilərsiniz.

Ancaq sonuncu qeyd etdiyim problemi yalnız sizin daxili intizamınız qıra bilər.

✔️Hər axşam sabah görəcəyiniz işlərin siyahısını yazın.

Ən vacib işinizi siyahıda 1-ci yazın. Beləliklə, işləri vacibliyinə görə sıralayın. Vacib işləri gördükcə də üstündən xətt çəkin.

Eyni anda bir neçə işlə məşğul olmayın.

İşi bitirmək üçün real vaxt müddəti qeyd edin. Gündəlik, həftəlik planların qurulması isə ayrıca mövzudur.

✔️Axşam tez yatıb, səhər 08:00 dan gec olmayaraq oyanmağa çalışın. Oyana bilmirsinizsə, xahiş edin, dostunuz və ya ailə üzvlərinizdən kimsə sizi oyatsın (oyanana qədər əl çəkməsin sizdən). Yuxudan oyanıb, səhər yeməyi yeyəndən sonra, 10 dəqiqə özünüzü görə biləcəyiniz işə zehni və fiziki hazırlayın.

☑️Məs: mən bir işə başlamamışdan əvvəl iş görəcəyim otağı səliqəyə salıram, çayımı hazırlayıram və 10 dəq meditasiya edib, sonra işə başlayıram.

Şəfiqə Xəlilova

Комментарии (0)

Оставить комментарий