Kateqoriya 1 Kateqoriya 2 Kateqoriya 3 Kateqoriya 4 Kateqoriya 5

Ermənilər sərhəd kəndlərimizi atəşə tutdu

Yazar: Admin | 18-12-2019, 13:59 | Baxış: 675 | Şərhlər: 0
Ermənilər sərhəd kəndlərimizi atəşə tutdu
Ermənilər sərhəd kəndlərimizi atəşə tutdu


Ermənistan Silahlı Qüvvələri Qazaxın Quşçu Ayrım və Fərəhli kəndlərində yaşayış evlərini intensiv atəşə tutub.

Bununla bağlı ON3.AZ-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 17-i saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.
Paylaş: Facebook | Twitter | Telegram

Şərhlər

Template not found: /templates/N/addcomments.tpl