^
U

Bakıda aeroport yolunda 3 qəza - 8 maşın toqquşdu


Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, keçmiş "Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində "Mercedes” və "Mitsubishi” markalı avtomobillər, üstündə isə iki "Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç "Mercedes” və bir "Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Bakı, qəza, hadisə
Bölmə: Xeberler Oxunub: 1 168 Tarix: 23-08-2016, 10:31
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az