16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Aprel şəhidinin ailəsinə hər ay 1110 manat ödəniləcək

Aprel şəhidinin ailəsinə hər ay 1110 manat ödəniləcək
Aprel şəhidinin ailəsinə hər ay 1110 manat ödəniləcək


Cari il aprel ayında Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına pensiya və aylıq sosial müavinətin təyin olunması tam təmin edilib.

Bu barədə May.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, şəhidin həyat yoldaşı Sevinc Əlizadənin adına plastik kartın hazırlanması üçün Kapital Bank ASC-yə müraciət olunub, kart qısa müddətdə hazırlanaraq bu gün ona təqdim olunub və aylıq məbləği 907,70 manat olan pensiya 4 aprel tarixdən hesablanaraq, avqust ayı da daxil olmaqla 5 ay üzrə ümumi məbləği (4447 manat) onun həyat yoldaşının adına olan kart hesabına köçürülüb.

Eyni zamanda, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin aylıq məbləği 220 manat olan təqaüdünün qanunvericiliyə uyğun olaraq şəhidin ailə üzvləri arasında bərabər bölgüsü əsasında aylıq 165 manatı S.Əlizadəyə və onun 2 övladına təyin olunub. Prezident təqaüdünün 4 aprel-iyul ayları üzrə 643,5 manatlıq məbləği 19 iyul tarixdə ona ödənilib. Qeyd olunanlardan əlavə, S.Əlizadənin uşaqlarına aylıq 38 manat sosial müavinət təyin olunub. Sadalanan sosial ödənişləri ümumiləşdirdikdə, bundan sonra da S.Əlizadənin ailəsinə hər ay 1110,7 manat (165+907,7+38) ödəniş olunacaq.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница