16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sumqayıtdan Bakıya gələnlərin NƏZƏRİNƏ: İcazə verilməyəcək

Sumqayıtdan Bakıya gələnlərin NƏZƏRİNƏ: İcazə verilməyəcək
Sumqayıtdan Bakıya gələnlərin NƏZƏRİNƏ: İcazə verilməyəcək


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək. Belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.

“Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar”, - deyə müraciətdə qeyd olunub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница