16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dövlətin əmlakları satışa çıxarıldı - Hərrac keçiriləcək

Dövlətin əmlakları satışa çıxarıldı - Hərrac keçiriləcək
Əmlak Məsələləri Dövlət Komitəsi 27 dövlət əmlakını satışa çıxarıb.

Komitədən BiG.AZ-a verilən xəbərə görə, dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq istəyən şəxslər üçün növbəti iştirak imkanı 1 oktyabr tarixində keçiriləcək hərracda yaradılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın ilk hərracına ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, beşi nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.

Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki "Şəmkir" Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30 faizlik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.

Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница