16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qənirə Ataşova Bakıya çağırıldı - Fətullah Güləndən müsahibəsinə görə

Qənirə Ataşova Bakıya çağırıldı - Fətullah Güləndən müsahibəsinə görə
Qənirə Ataşova Bakıya çağırıldı - Fətullah Güləndən müsahibəsinə görə


ANS TV-nin ABŞ-a ezam olunmuş xüsusi müxbiri Qənirə Ataşova Bakıya çağırılıb.

May.Az bildirir ki, bu haqda azxebercom-a ANS TV əməkdaşları məlumat verib.

Məlumata görə, Qənirə Ataşova iyul ayının 30-da Bakıya gələcək.

Telekanal rəhbərliyi Ataşovadan izahat alacaq və Ataşovanın nəyə görə türkiyəli jurnalistlərlə mətbuat konfransını tərk etmədiyi və Fətullah Gülənin evinə daxil olaraq müsahibə alması müzakirə olunacaq.

Eyni zamanda, telekanalın ciddi dəyişikliyə gedəcəyi və Ataşovanın işdən azad olunacağı da deyilir.

Qeyd edək ki, ANS-in baş direktoru Mirşahin Ağayev bir neçə gün öncə hadisəylə bağlı açıqlamasında demişdi: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница