16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Erməni ordusunda biabırçılıq — Yatan əsgər yoldaşını zorladı

Erməni ordusunda biabırçılıq — Yatan əsgər yoldaşını zorladı
Erməni ordusunda biabırçılıq — Yatan əsgər yoldaşını zorladı


Ermənistanda hərbi qulluqçu bölüyün yataqxanasında yatmış vəziyyətdə olan xidmət yoldaşına qarşı seksual xarakterli hərəkətlər edib.

Bu barədə erməni KİV-i məlumat yayıb. Erməni dilində olan məlumatı isə portalımız üçün Telman Qasımlı tərcümə edib.

Məlumata əsasən, Syunik vilayətinin Ümumi Səlahiyyətli Məhkəməsində Davit Sarsyanın sədrliyilə müddətli hərbi qulluqçu S.X-nın işi üzrə məhkəmə istintaqı başa çatıb.

İttihama görə, 1999-cu il təvəllüdlü sıravi S.X 2018-ci il noyabr ayının 18-də gecə saat 00:30 radələrində, “yat” komandasından sonra bölüyün yataqxanasında, qonşu yataqda yatmış xidmət yoldaşının yatdığından istifadə edərək ona qarşı cinsi xarakterli hərəkətlər etmişdir. Sıravi S. X-ya Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 139-cu maddəsinin 1-ci bəndinə əsasən ittiham irəli sürülərək sözü gedən şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.

S.X günahkar olduğunu etiraf edib. Zərərçəkmiş şəxs, sıravi S.hər hansı bir şikayəti və tələbi olmadığını bildirib.

Məhkəmə sıravi S.X-nın öz günahını etiraf etdiyini və peşman olduğunu, əvvəllər mühakimə olunmadığını, xidməti xasiyyətnaməsinin müsbət olduğunu, döş nişanı ilə təltif olunduğunu, İrəvan ali tədris müəssisələrindən birinin dekanı tərəfindən müsbət xasiyyətnamə verildiyini nəzərə alaraq, S.X-nın “düzəliş yolunda dayandığını” və onun şəxsiyyətinin aşağı ictimayi təhlükəsi olduğuinu qeyd edib. Sıravi S. X., ER Cinayət Məcəlləsinin 139-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 1 il müddətinə ona şərti cəza verilib.

mənbə: olke.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница