16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR

Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR

Ölkə üzrə 1-ci siniflərə 132 261, məktəbəhazırlıq qruplarına isə 89 000 uşaq qəbul olunub.

Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır.

"Hazırda ölkə üzrə 1-ci siniflərə 132 261 nəfər, məktəbəhazırlıq qruplarına isə 89 000 nəfər uşaq qəbul olunub.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır", - deyə əlavə edilib.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница