16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

2024-cü ilin ən yaxşı elektrik avtomobillərinin reytinqi açıqlanıb

2024-cü ilin ən yaxşı elektrik avtomobillərinin reytinqi açıqlanıb

Avtomobillərin keyfiyyətinin yeni reytinqini dərc edib. Bu dəfə mütəxəssislər 2024-cü ilin ən yaxşı elektrik avtomobillərini müəyyən ediblər.

Oxu.Az istehlakçı araşdırmaları üzrə ixtisaslaşmış "Amerikanın Consumer Reports" nəşrinin saytına istinadən xəbər verir ki, test edilən 50 elektromobildən yalnız 14-ü tövsiyə edilənlər siyahısına daxil olub. Onların arasında 2024-cü ilin həm kütləvi, həm də premium elektrik avtomobilləri var və siyahının əsas lider mövqelərində "Hyundai-KIA" konserninə məxsus avtomobillər yer alıb.

Reytinqdə mütləq qalib 100 mümkün baldan 98 xal toplayan "KIA EV9" elektrik krossoveri olub. Bu reytinqdə ikinci yeri premium elektrik krossoveri seqmentinin qalibi "BMW iX" tutub.

2024-cü ilin ən yaxşı premium elektrik krossoverləri:

1. "BMW iX" - 84 xal;

2. "Genesis GV60" - 75;

3. "Lexus RZ" - 74;

4. "Audi Q4 e-tron" - 71;

5. "Audi Q8 e-tron" - 70.

Kütləvi elektrik krossoverləri arasında lider "Tesla Model Y"ı "KIA EV6" qabaqlayıb.

2024-cü ilin ən yaxşı elektrik krossoverləri:

1. "KIA EV6" - 77 xal;

2. "Tesla Model Y" - 72;

3. "KIA Niro Electric" - 71;

4. "Nissan Ariya" - 70;

5. "Ford Mustang Mach-E" - 70.

Kütləvi istehsal edilən minik elektrik avtomobilləri arasında "Hyundai Ioniq 6" (83 xal), premium avtomobillər arasında isə "BMW i4" (83 xal) və "Porsche Taycan" (76 xal) qeyd edilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница