16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanın NÖVBƏTİ QƏLƏBƏSİ: Qondarma rejim Bakının şərtlərini qəbul etdi

Azərbaycanın NÖVBƏTİ QƏLƏBƏSİ: Qondarma rejim Bakının şərtlərini qəbul etdi
Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları ilə Laçın və Ağdam-Xankəndi yolu vasitəsilə eyni vaxtda ərzaq daşınması artıq reallıqdır.
"Report" xəbər verir ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib.
Bu da onların Azərbaycanın şərtlərinə tabe olaraq nəhayət ki, bunu qəbul etdiyini göstərir.
Həm Laçın, həm də Ağdam-Xankəndi yolunun sentyabrın 1-dən eyni vaxtda açılması ilə bağlı razılaşma olsa da, separatçılar bunu məqsədəuyğun şəkildə iki həftədən çox ləngidirdi.
Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazır olduğunu bəyan etsə də, qondarma rejim öz havadarlarına arxalanaraq prosesi uzadırdı. Lakin 16 gündən sonra separatçıların və onların havadarı qismində çıxış edən güclərin, siyasi dairələrin istəklərinin əleyhinə olaraq, Azərbaycanın prinsipial mövqeyi, milli marağı qəbul edildi. Qarabağdakı separatçılardan alət kimi istifadə edərək regionda öz maraqlarını təmin etməyə çalışan ABŞ kimi dövlətlər, Qərb siyasi dairələri görəsən indi heç xəcalət çəkirlərmi?


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница