Понедельник
янв 23

Bakının məşhur prospektində körpü niyə sökülmədi? - RƏSMİ CAVAB

2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsünün söküləcəyi açıqlanmışdı.
BAKU.WS xəbər verir ki, hətta bununla bağlı layihənin olduğu da qeyd edilmişdi.
Bildirilirdi ki, körpü sökülüb yerində yeni yol çəkiləcək.
4 ildən çox müddət keçməsinə baxmayaraq, bu reallaşmayıb. Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, hazırda körpünün sökülməsi güdndəmdə deyil: "Belə bir təklif var idi. Hazırda həmin təklif gündəmdə deyil".

Комментарии (0)

Оставить комментарий