Четверг
авг 30

"Uşaqlar valideynlərdən alına bilər" - Araq içdiyi deyilən uşaqlar haqda açıqlama

"Uşaqlar valideynlərdən alına bilər" - Araq içdiyi deyilən uşaqlar haqda açıqlama



Xəbər verdiyimiz kimi, sosial şəbəkədə Azərbaycanda 7-11 yaş aralığında olan uşaqların içki süfrəsində olan görüntüsü yayılıb. Yayılan videoda onların araq içdiyi əksini tapıb. Kriminal aləmdə olan "qardaş”larının şəninə sağlıq deyən bu uşaqların alkoqollu içki qəbul etməsi isə birmənalı qarşılanmayıb.

Bununla bağlı MAY.AZ-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, videoda uşaqların içdiyinin spirtli içki olmadığı aydın görünür: “Sadəcə uşaqlar öz aralarında tamaşa qurublar. Bunu da kimsə hansısa məqsədlə sosial şəbəkələrdə paylaşıb. Çox guman ki, videonun paylaşılması məşhur olmaq məqsədi daşıyır. Baxanda da görünür ki, içilən spirtli içki deyil. Çünki azyaşlı rahatlıqla spirtli içkini o formada içə bilməz”.

Pərviz Əliyev bildirib ki, əgər həqiqətən də içilən spirtli içkidirsə, bu zaman valideyn məsuliyyət daşıyır: “Qanunvericiliyə əsasən, valideynə müvafiq qaydada yerli icra hakimiyyəti orqanın qəyyumluq komissiyası tərəfindən cərimə və xəbərdarlıq edilir. Əgər eyni hadisə təkrarlanarsa uşaqlar valideynlərdən alına bilər. Qanunvericilikdə bütün bu məsələ nizamlanır. Sadəcə, o uşaqların hansı rayondan olmasını və kimlə yaşadığını müəyyənləşdirmək lazımdır. Bunu da təbii ki, aidiyyatı orqanlar müəyyənləşdirməlidir. Bu cür yayılan videolar uşaqlar üçün zərərlidir. İlk öncə bunu yayanlar məsuliyyətə cəlb edilməlidir”.

Aysel Yusifqızı

Комментарии (0)

Оставить комментарий