16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nabranda 4 nəfərin faciəvi ölümü ilə bağlı YENİ FAKTLAR

Nabranda 4 nəfərin faciəvi ölümü ilə bağlı YENİ FAKTLAR
Nabranda 4 nəfərin faciəvi ölümü ilə bağlı YENİ FAKTLAR


Dünən Xaçmaz rayonunun Nabran qəsəbəsində 4 nəfərin dənizdə boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Baş vermiş dəhşətli hadisə zamanı ölənlərin sayı 6 ola bilərmiş. Belə ki, boğulmaqda olan 2 qız son anda xilas edilib.

Bildirilir ki, dünən Palçıqoba kənd sakini, 1972-ci il təvəllüdlü Kəmalə Qocayeva, onun qızı, Aysel Qocayeva, K.Qocayevanın qardaşının həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ruhiyyə Dadaşova, onun 16 yaşlı oğlu İkram, eləcə də İkramın 2 əmisi qızı yaxın qohumları olan taksi sürücülərinin maşını ilə Nabrana gəliblər. Qadınlar utandıqları üçün digər şəxslərdən, eləcə də onları gətirən yaxın qohumlarından bir qədər aralıda dənizə giriblər. Bu zaman daha irəli gedən İkram Dadaşov boğulmağa başlayıb. Əvvəlcə anası, daha sonra dayısının həyat yoldaşı və dayısı qızı İkrama kömək etmək istəyərkən boğularaq ölüb. Hadisə yerinə çatan xilasetmə qayığı İkram Dadaşovun əmisi qızlarını son anda ölümdən qurtarıb.

Vəfat edən qadınların həyat yoldaşları işdə olduqları üçün dünən onların yanında olmayıb.

Bildirilir ki, hadisəyə dənizin nisbətən dalğalı olması və həmin şəxslərin üzə bilməməsi səbəb olub.

Qeyd edək ki, vəfat edən şəxslər bu gün kənd qəbiristanlığında dəfn edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница