16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Öldürülən terrorçular harada dəfn edilməlidir?

Öldürülən terrorçular harada dəfn edilməlidir?
Öldürülən terrorçular harada dəfn edilməlidir?


Xəbər verdiyimiz kimi, Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə - “Aslanlar” tərəfindən məhv edilib. Bundan öncə isə Gəncə hadisələrinə görə Rəşad Böyükkişiyev də polisə müqavimət göstərdiyi üçün öldürülüb. Öldürülən terrorçular harada dəfn edilməlidir? Onlar üçün ayrıca qəbiristanlıq yaradılmasına ehtiyac varmı?

Bununla bağlı BiG.AZ-a açıqlama verən ilahiyyatçı alim Əkrəm Həsənov bildirib ki, İslam dinində belə bir qayda yoxdur ki, dövlətə və xalqa qarşı baş qaldıran şəxs həbs edilən zaman öldürülərsə başqa bir yerdə dəfn edilsin: “İslam mənbələrində də belə bir qayda yoxdur. Təbii ki, dövlət məmurunu öldürməyə cəhd edibsə, bu dövlətin xüsusi orqanları tərəfindən tapılıb və öldürülübsə o, artıq istənilən yerdə dəfn edilə bilər. Çünki o, öldürülərək layiqli cəzasını alıb. Əlbəttə ki, o tutduğu əmələ və işlədiyi günaha görə axirətdə də Allah onu cəzalandıracaqdır. Bu dünyada cəzasını aldığına görə o, ölkədə olan hər hansı bir qəbiristanlıqda dəfn edilə bilər. Çünki İslam dinində belədir ki, kimsə günah edib öldürülürsə o, bu dünyadakı cəzasını almış olur”.

Aysel Yusifqızı

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница