16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mədət Quliyev Gəncə hadisələrindən danışdı

Mədət Quliyev Gəncə hadisələrindən danışdı
Mədət Quliyev Gəncə hadisələrindən danışdı


“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində həyata keçirilən uzaqgörən və uğurlu siyasət sayəsində Azərbaycan böyük nüfuz qazanaraq gündən-günə qüdrətlənir".


MAY.AZ xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev DTX-nin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib.

DTX rəisi bildirib ki, dövlətimizin bu inkişafını gözü götürməyən müəyyən qüvvələr tərəfindən bəzən ölkədə ictimai-siyasi sabitliyi və təhlükəsizliyi pozmağa uğursuz və cılız cəhdlər göstərilir. Lakin bunun qarşısı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi və müdrik rəhbərliyi ilə hüquq mühafizə orqanlarının yüksək əlaqələndirilmə şəraitində operativ müdaxiləsi nəticəsində çevik və peşəkarlıqla alınır.

M.Quliyev qeyd edib ki, ötən günlərdə ölkəmizdə sabitliyin və təhlükəsizliyin əleyhinə yönəlmiş, dövlət hakimiyyət nümayəndəsinə və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı törədilmiş namərd terror aktları və digər hüquqazidd əməllərin dərhal xalqımızda hədsiz hiddət doğuraraq qətiyyətlə pislənilməsi, xainlərin sərt cəzalandırılmasına dair haqlı ictimai tələb, eyni zamanda, düşmənlərə xalq-dövlət həmrəyliyinin, vətəndaş-iqtidar birliyinin sarsılmazlığını bir daha bariz nümayiş etdirib.(azvision.az)

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница