16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
"İctimai nəqliyyatda hərəkət qiymətləri uzun müddətdir ki eynidir. Amma bu dövrdə çox şey dəyişib. Yeni avtobusların qiyməti, sərnişin daşımada əsas şərtlərdən biri olan yanacağın qiyməti bahalaşıb. Ehtiyat hissələri, təmir xərcləri də təbii ki qiymət dəyişikliyinə təsir edir".
Bunu Sonxeber.az-a iqtisadi ekspert Xalid Kərimli deyib.
O bildirib ki, istismarla əlaqədar xərclər artıb.
"Yenidən qiymətlər təhlil edilməsə, özəl sektor ciddi çətinliklərlə rastlaşıb, müflis ola bilər. Onlar xərclərini qarşılamaqdan əlavə borclarını belə qaytara bilməyəcəklər, yeni avtobuslar ala bilməyəcəklər. Tarif Şurası təbii ki onların xərclərinin dəyişməsinə baxmalıdır. Sərnişin daşımanın maya dəyərinin necə dəyişməsini təhlil eləməlidir. Daha sonra real vəziyyətə uyğun olaraq daşıma qiymətlərinə baxılması daha məqsədə uyğundur. İctimai nəqliyyatdan əhalinin daha çox sosial cəhətdən həssas təbəqələri geniş istifadə eləyir. Qiymət artımı baş verərsə, bu əhalinin büdcəsinə mənfi təsir göstərəcək.Gediş haqqının 30 qəpikdən 50 qəpiyə artırılması Tarif Şurasının səlahiyyətindədir.Düşünürəm ki, sosial həssaslığı nəzərə alıb, kəskin qiymət artımı məqsədəuyğun deyil. Əgər dəyişikliklər əsaslı təhlil edilərsə, qiymət artımı gözləniləndir".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница