
18
сентября
2022
14:13
Meymunçiçəyi Çinə çatdı

BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, səlahiyyətlilər virusun xaricdən gələn bir şəxsdə tapıldığını bildiriblər.
COVID-19 tədbirləri çərçivəsində karantində saxlanılan şəxsin bədənində səpgi kimi simptomlar müşahidə olunub. Aparılan meymunçiçəyi virusu testi müsbət nəticə verib.
Bildirilib ki, təcrid olunmuş xəstənin müalicəsi davam etdirilir, xəstə ilə təmasda olan şəxslər də müşahidə altında saxlanılır.