16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu axşam hansı ərazilərə su veriləcək? - SİYAHI

Bu axşam hansı ərazilərə su veriləcək? - SİYAHI
Bu axşam hansı ərazilərə su veriləcək? - SİYAHI
]


Bu gün axşam saatlarından Bakının su ala bilməyən əksər hissəsinə su veriləcək.

MAY.AZ xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, əhalinin fasiləsiz su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir:

"Ötən günlər su olmayan ərazilərin böyük bir hissəsi içməli su ilə təmin edilib, ancaq problemli ərazilər hələ də var. Su anbarlarındakı su ehtiyatları yığılmaqda davam edir. Ötən axşam da anbarlar doldurulub və əhalinin böyük bir hissəsinə su verilib. Sadəcə su ehtiyatı kifayət qədər olmadığından bəzi ərazilər su ilə təmin olunmayıb. Artıq anbar ehtiyatımızın 70-75 faizi yığılıb. Amma, yenə də çatışmazlıq var. Bu gün axşam, ən uzağı sabah Bakıya su əvvəlki rejimlə veriləcək. Köhnə Günəşli və Yeni Günəşli qəsəbələrinin bəzi yerlərində su problemi var idi. Bu gün Mehmandarov, Şıxlınski, İnqilab İsmayılov küçələrinin su ilə təmin olunması üçün anbarlara su vurulub. Yaxın dəqiqələrdə həmin ərazilərə su veriləcək. Zabrat qəsəbəsinin bir hissəsi su ilə təmin olunsa da, bir hissəsi qalmışdı. Bu gün axşam saatlarında həmin əraziyə də su veriləcək. Bu gün "aeroport yolu"nun kənarında olan Samir Əliyev küçəsinə su vermişik".

A.Cəbrayıllı bildirib ki, bu gün Zabrat qəsəbəsinin bir hissəsinə, Saray qəsəbəsinin bir hissəsinə, Hövsanın qəsəbə ərazisinə su verilib, ancaq kənd Hövsan ərazisi su ilə təmin edilməyib.

Qurum rəsmisinin sözlərinə görə, axşam saatlarında kənd Hövsan da su ilə təmin olunacaq: "Suraxanının Qum adası, Zığ qəsəbəsində də problemlər var. Həmin ərazini bu gün su ilə təmin etməyə çalışacağıq. Zabrat, Sabunçu, Əmircan, Bülbülə və Saray qəsəbəsinin də qalan hissəsi su ilə təmin olunacaq".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница