16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İcra başçısını gülləyən Yunisin xanımı danışdı: "O, İmam Hüseynin qisasını aldı..."

İcra başçısını gülləyən Yunisin xanımı danışdı: "O, İmam Hüseynin qisasını aldı..."
İcra başçısını gülləyən Yunisin xanımı danışdı: "O, İmam Hüseynin qisasını aldı..."


“Youtube”da Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb.

MAY.AZ minval.info-ya istinadən xəbər verir ki, həmin qadının sözlərinə görə, baş verən hadisə şəxsi qisas zəmnində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir.

Həmin səs yazısında məsələdə dini amilin əsas olduğu deyilir:

“Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki o, dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib”, deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü “yurist”lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı… Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb… Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun…”

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница