16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Krediti olanlara şad xəbər

Krediti olanlara şad xəbər
Krediti olanlara şad xəbər


"Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Amma məhkəmələr bununla hesablaşmır".

May.Az bildirir ki, bu barədə bank və maliyyə məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov Facebook səhifəsində yazıb. O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2 oktyabr 2012-ci il tarixli Qərarında sırf borcun ödənilməsi məsələsi üzrə məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır:

1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;
3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;
4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;
5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

Ə.Həsənov əlavə edib: "Göründüyü kimi, "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz".

Ekspertin sözlərinə görə, təbii, analoji yanaşma İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati həbslərə də aiddir: "Çünki orada da söhbət məhkəmə aktının üzrsüz icra edilməməsindən gedir. Borclunun imkanı yoxdursa, deməli, üzrlüdür və heç bir məsuliyyətə cəlb oluna bilməz".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница