16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

SOCAR benzinin qiymətinin artırılmasının səbəbini açıqladı

SOCAR benzinin qiymətinin artırılmasının səbəbini açıqladı
SOCAR benzinin qiymətinin artırılmasının səbəbini açıqladı


Аİ-92 markalı benzinin qiymətlərinin dəyişməsi ARDNŞ-nin neft emalı sənayesinin müasirləşdirilməsi sürətləndirilməsinə dəstək göstərəcək, nəticədə 2040-ci ildə Azərbaycanda neft məhsullarına daxili tələbat tam təmin olunacaq.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bunu ARDNŞ-nin neft emalı üzrə vitse-prezidenti Davud Məmmədov bu gün Aztv telekanalının efirində bildirib.

Onun sözlərinə görə, neft məhsullarının, xüsusilə də benzin və dizel yanacağının, qiyməti sonuncu dəfə 2013-ci ilin dekabrında artırılıb:

"Əgər biz o vaxtki qiyməti dollar ifadəsi ilə bu günün qiyməti ilə müqayisə etsək, görərik ki, qiymət iyulun 14-dək çox aşağı idi. Hazırda SOCAR iri layihələr həyata keçirir, xüsusilə də neft emalı sənayesinin modernləşdirilməsi və yenidən qurulması üzrə işlər aparılır. Bunun üçün, əlbəttə ki, vəsait tələb olunur. Biz yüz faiz dövlət şirkətiyik və buna görə də dövlətdən vəsait gözləyirik. Nəzərə alsaq ki, bizim gəlirlər və xərclər smetası hökumət tərəfindən hər il təsdiq olunur, orada müəyyən investisiya layihələri, o cümlədən qazma, kəşfiyyat, hasilat və emal sahələri də nəzərdə tutulur. Onların hamısına vəsait tələb olunduğundan, biz benzinin qiymətinin artırılması barədə təkliflə müraciət etdik. Şirkətin daxili imkanları məhduddur və nəzərə alsaq ki, hazırda istehsal etdiyimiz neft məhsullarının təxminən 72 faizi daxili bazarda satılır, və bu satışdan əldə olunan dollar və manatla ifadədə gəlirlər kəskin azalıb, biz neft emalı sənayesinin yenidən qurulması layihəsi üzrə müəyyən çətinliklər çəkirik".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница