16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanlı biznesmen kişi və qadını qul kimi işlədib

Azərbaycanlı biznesmen kişi və qadını qul kimi işlədib
Azərbaycanlı biznesmen kişi və qadını qul kimi işlədib


Rusiyanın Kemerovi vilayətinin Marininsk rayon məhkəməsi iki yerli sakini qul kimi işlətməkdə ittiham olunan Azərbaycan vətəndaşının və onun birgə yaşadığı qadının işinə baxır.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, istintaqın versiyasına görə həmin iki şəxs-qadın və kişi azərbaycanlı sahibkara təmir-tikinti işləri görürmüş. 2014-cü ilin payızından başlayaraq işləyən fəhlələr 2015-ci ilin yazında sahibkara deyiblər ki, onlar işi dayandırıb Marininsk şəhərinə getmək istəyirlər.

Sahibkar və onun birlikdə yaşadığı qadın bu informasiyaya çox aqressiv reaksiya verib, ittiham olunan şəxs qadını əvvəlcə əllə, daha sonra "lopatka” ilə döyüb. Fəhlələri qorxudan sahibkarlar onların sənədlərini əllərindən alıb və pulsuz işləməyə məcbur ediblər. İttiham aktına görə qul kimi işlədilən fəhlələrə gündə cəmi bir çörək və həftədə bir qutu makaron verirlərmiş. Habelə onları mövsümə görə geyimlə təmin etmirlərmiş. Fəhlələr bir neçə dəfə əsirlikdən qaçmağa çalışıblar. Belə cəhdlərdən birindən sonra sahibkarlar onları meşəyə aparıb və məcbur ediblər ki, özlərinə qəbir qazsınlar.

Nəhayət 2016-cı ilin iyununda zərərçəkənlərdən biri qaça bilib və başına gələnlər haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Sahibkarlar həbs olunub. Onlar günahlarını boynuna almırlar. İttham olunan azərbaycanlının 37 yaşı, birgə yaşadığı qadının isə 33 yaşı var.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница