16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İsti havadan bezənləri sevindirəcək xəbər: temperatur aşağı enəcək

İsti havadan bezənləri sevindirəcək xəbər: temperatur aşağı enəcək
İsti havadan bezənləri sevindirəcək xəbər: temperatur aşağı enəcək


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, iyulun 5-i günün ikinci yarısından 08-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 5-i günün ikinci yarısından 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, iyulun 5-i gündüzdən 8-i səhərədək bəzi rayonlarda şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 07-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8-də 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница