16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik edilib
Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik edilib


Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda qismən dəyişiklik edilib.

BAKU.WS-in məlumatın görə, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Dəyişikliyə əsasən, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər: "Bu hal daha çox ona xidmət edir ki, müəllim arzu etdiyi yerdə işləmək üçün daha bir imkan əldə etsin. Ancaq heç bir halda müəllim (hazırda çalışan) istəyindən asılı olmayaraq imtahana cəlb edilə bilməz. Təəssüflər olsun ki, bəzən bu halın əksinə dair bizə məlumatlar daxil olur. Bir daha bildiririk ki, müəllimlərin işə qəbulu təhsil nazirinin müvafiq əmri ilə gerçəkləşir. Əmrin 5.2-ci bəndində qeyd olunduğu kimi, pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müəllimlərin işə qəbul imtahanında iştirak edə bilər”.

Qeyd edək ki, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница