16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütünundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница